Tải về Mobil Şöbə APK cho Android - Miễn phí - Phiên bản mới nhất

Quảng cáo

Phiên bản mới nhất

TênMobil Şöbə APK
Phiên bản3.3.2 (3000266)
Cập nhật17 th 01, 2022
Nhà phát triểnBank Respublika OJSC
IDcom.brmobilshobe
Lượt cài đặt100.000+
Thể loạiỨng dụng, Tài chính

Ứng dụng Mobil Şöbə

Bộ phận di động 3.0 là một ứng dụng di động để quản lý sản phẩm ngân hàng

Mobil Şöbə 3.0 - İndi daha rahat!

Bank Respublika-nın Mobil Şöbə 3.0 xidməti dünyanın istənilən nöqtəsindən bank məhsulları və xidmətlərinizi idarə etmək üçün tamamilə yenilənmiş bir mobil tətbiqidir.

NFC (kontaktsız) ödənişlər indi Mobil Şöbə-də!

Bank Respublika Mobil Şöbə tətbiqetməsi üzərindən NFC ödənişlərini yerinə yetirmək imkanı verir. NFC (Near field communication) kartın fiziki iştirakı olmadan birbaşa smartfon vasitəsilə POS ödənişlərini həyata keçirməyə imkan verən innovativ təmassız ödəniş texnologiyasıdır. Belə ki, əməliyyat zamanı kart rəqəmsallaşdırılmış nömrəsi (virtual token) istifadə olunur ki, bu da şəxsi məlumatlarınızı təhlükəsizliyini qorumağa zəmanət verir. Təmassız ödənişi yerinə yetirmək üçün smartfonu əks tərəfi ilə POS terminalına yaxınlaşdırmaq kifayət edir.

"Mobil şobə" Sizə daha çox imkanlar yaradır:

Tam təhlükəsiz şəraitdə, banka baş çəkmədən, günün istənilən vaxtında əsas maliyyə əməliyyatlarını həyata keçirəsiniz

İndi Bank Respublika-nın müştərisi olmayan şəxslər də tətbiqetmədən mobil nömrə vasitəsi ilə qeydiyyatdan keçib istifadə edə bilərlər. İstənilən digər yerli bankın kartını əlavə etməklə istifadəçi Mobil Şöbəni elektron cüzdana çevirə bilər. Xidmətin işləmə rejimi tətbiqetmə üzərindən pul köçürmələri, kommunal xidmətlər və digər zəruri xidmətlərin ödənişlərini yerinə yetirməyə imkan verir.

Maliyyə məhsullarını idarə etmək üçün geniş geniş çeşiddə imkanlar bank müştəriləri üçün əlçatan oldu. Plastik kartların, hesabların, əmanətlərin və kreditlərin idarə edilməsi. Yerli və xarici bankların kartlarına pul köçürmələri etmək. Western Union və Vektor vasitəsilə vəsaitlərin qəbulu və göndərilməsi. Kommunal xidmətləri ödəmək üçün avtomatik ödənişlər və şablonların yaradılması. Həmçinin, bank müştəriləri digər yerli bankların kartlarını elektron cüzdan rejimində əlavə etmək imkanı əldə edir.

Mobil Şöbə 3.0 – maliyyə vəsaitlərinizi idarə etmək üçün yeni rahatlıq səviyyəsidir.

"Mobil Şöbə"-yə necə qoşulmaq olar?

Bankın müştəriləri:

Banka gəlmədən tətbiqi yükləyib və kart məlumatlarınızı daxil etdikdən sonra qeydiyyatdan keçmək olar. Bunu etmək üçün “kartla qeydiyyat” bölümünü seçin.

Həmçinin, bankın müştəriləri müvafiq şifrə alaraq Bank Respublika filiallarında qeydiyyatdan keçə bilərlər.

Bankın müştərisi olmayan şəxslər:

Mobil nömrə ilə qeydiyyatdan keçmək üçün tətbiqi smartfona yükləmək kifayət edir. Daha sonra digər bank kartını əlavə edərək tətbiqetməni elektron cüzdan kimi istifadə etməyə və tətbiqdən tam istifadə üçün Bank Respublika-nın kartını sifariş edə bilərsiniz.

Bütün imkanlar:

• NEOBonus Kart

• Digital card

• NFC ödənişlər

• Plastik Kartlar üzrə Hesabat

• Avtomatik ödənişlər və köçürmələr

• Cari hesablar haqqında hesabat

• Depozit hesabatı

• Kartın və hesabın balansını artırmaq

• Card to Card əməliyyatları

• Card to Account əməliyyatları

• Kredit üzrə ödəniş qrafikləri

• Kredit üzrə ödənişlər

• Kommunal xidmətlərin ödənişi

• Mobil xidmətlər üzrə ödəniş

• Dövlətin orqanlarına ödənişlər (DYP / İpoteka)

• Ödəniş şablonlarının yaradılması.

• Kartın bloklanması

• Tərəfdaşların siyahısı

• Xarici bankların kartlarına köçürmələr

• Western Union vasitəsilə köçürmələr

• Onlayn kart sifarişi

• Onlayn kredit sifarişi

• Plastik kartın onlayn rejimdə yenidən buraxılması

• Əlavə kartın sifarişi

• Kontaktlar üzrə köçürmələr

• QR kod üzrə köçürmələr

• Cash by Code xidməti

• Valyuta məzənnələri

• Vektor sistemi üzrə ölkədaxili pul köçürmələri

• Rahat valyuta kalkulyatoru

• Plastik kartın sifarişi

• Mobil Vizit xidmətindən istifadə edərək bankın ofisinə ziyarəti rezerv etmək

• Digər yerli bank kartlarının əlavə edilməsi
Đọc thêm